U-20 və U-22 voleybol komandalarımız AÇ-da iştirak edəcəklər
Azərbaycanın çimərlik voleybolu üzrə U-20 və U-22 yığma komandaları (oğlan və qızlardan ibarət) Avropa çempionatında iştirak edəcəklər. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, U-22 millilərimiz 14-17 avqust günlərində Avstriyada keçiriləcək Avropa çempionatına qatılacaq. Heyəti Muhəmməd Aslanlı/İbrahim Məmmədov və Nəriman Bayramlı/Tural Əsgərov cütlüyündən ibarət olan oğlanlardan ibarət milliyə məşqçi Atvars Bilsen, heyəti Səbinə Əlizadə/Cəmilə Bəşirova duetindən ibarət qızlar komandamıza isə Nihat Tarverdiyev rəhbərlik edəcək.
Eyni komandalar daha sonra isə 20-25 avqust günlərində İspaniyada U-20-lər arasında keçiriləcək analoji yarışa qatılacaqlar.
İNTİQAM Məmmədov


