Masallıda minifutbol turniri keçirilir
Masallıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin püşkatma mərasimi keçirilib.
Layihə rəhbəri Mirələm Həşimovun “AZpress.AZ” İnformasiya Agentliyinə verdiyi məlumata görə AFFA və Masallı Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə səkkiz komanda (“Vətən-44”, “Binə Xocavar”, “Viləş”, “İsgəndərli”, “Seybətin”, “Gənclər”, “Banbaşı”) iki yarımqrupda birincilik uğrunda mübarizə aparacaq.
On gün davam edəcək yarışların ilk oyunlarına avqustun 15-də start veriləcək. Saat 19.00-da “Binə Xocavar” “Vətən-44”lə, saat 20:00-da isə “Ərkivan” “İsgəndərli” ilə qarşılaşacaq.
“Viləş Mini Stadionu”nda keçiriləcək turnirə avqustun 24-də yekun vurulacaq.


