Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gömrük nəzarətindən gizlədilən xarici valyuta aşkar edildi

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Best coffeeshop in Berlin