Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-20 yığmalarımız DÇ-da yarışacaqlar 

17-24 avqust günlərində Bolqarıstanın Somokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə (hər üç növdə) dünya çempionatı keçiriləcək. Mundiala sərbəst güləşçilərin çıxışı ilə start veriləcək. Ardından zərif cinsdən olanlar döşək üzərinə çıxaraq özlərini sınayacaqlar. Çempionata yunan-Romacilarin çıxışı ilə yekun vurulacaq. Təsnifat görüşləri Bakı vaxtı ilə hər gün saat 11-də başlayacaq. Saat 19-da isə medallar uğrunda görüşlərə start veriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmiz mundialda hər üç növdə təmsil olunacaq. Ümumilikdə Azərbaycan bu yarışa 23 ( 10 sərbəst güləş, 3 qadın güləşi, 10 yunan-Roma güləşi) idmançı ilə qatılacaq.

Yiqmalarin heyətinə gəlincə, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlimcanov və Əşrəf Əliyevin rəhbərliyi altında mundiala qatılacaq sərbəst güləş üzrə yığmanin heyətində Vasif Bəqirov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) yer alıb.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və  böyük məşqçi Rövşən Umudovun rəhbərlik etdiyi qızlardan ibarət U-20-nin heyətinə Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq)  triosu cəlb edilib.

Böyük məsqci Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Qurban Hüseynli və Zöhrab Abbasovun başçılıq etdiyi yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində isə Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) cəmləşib.

Bunlarla yanaşı, daha iki həmyerlimiz - Kamran Əliyev və Bəşir İsazadə isə mundiala hakim qismində qatılacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin