"Qarabağ" "Şkendiya"ni darmadağın etməklə pley-offa keçib
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasınin üçüncü təsnifat mərhələsində cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ " klubu cavab oyunu çərçivəsində Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edib. Tofiq Bəhramov adına respublika stadionunda baş tutan və hollandiyalı referi Daniel Makkelinin idarə etdiyi bu oyunda çempionumuz qonağını darmadağın edib - 5:1 (ilk oyun, 1:0).
Xatırladaq ki, rəqib oyunçu Fabris Tambo 10-cu dəqiqədə "Qarabağ"ın qapısına vurduğu qolla hesabı acaraq (0:1) ümumi hesabı bərabərləsdirib - 1:1. Lakin 16-ci dəqiqədə "Qarabağ"in növbəti hucumu zamanı qonaq komandanin müdafiəçisi Klisman Tsake avtoqol edərək oyunda bərabərlik (1:1) yaratmaqla yanaşı, həm də ümumi hesabın 2:1 olmasına səbəb olub. 18-ci dəqiqədə "Qarabağ"in fəallarindan olan Kadi fərqlənməklə bu oyunda hesabı artırıb - 2:1. Oyunun 33-cu dəqiqəsində Nəriman Axundzadə fərqlənib - 3:1. Bundan iki dəqiqə sonra Marko Yanukoviç penaltı ilə oyunda hesabı 4:1-ə catdirib. Fasilədən sonra isə Leandro Adrade (59-cu dəq) daha bir qol vurmaqla hesabın 5:1-ə çatmasına nail olub. Bundan sonra qapılara qol vurulmayıb. Bununla da iki oyunun ümumi nəticəsinə görə rəqibini 6:1 hesabla üstələyən "Qarabağ" növbəti dəfə adını Avropa Çempionlar Liqasının pley-offuna yazdırıb.
Yeri gəlmişkən, "Qarabağ"ın pley-offdaki rəqibi "Ferentsforoş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) matçının qalibi olacaq.
İNTİQAM Məmmədov


