Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pakistan Əfqanıstandan ərazisinə sızmağa çalışan 50 silahlını məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində dörd günlük əməliyyat zamanı Əfqanıstan istiqamətindən 50 döyüşçünün sərhədi keçməsinin qarşısını alıb.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Şöbəsi (ISPR) məlumat yayıb.

Bildirilir ki, 7-9 avqust tarixlərində "Fitna əl-Xavaric" ("Təhrik-i-Taliban Pakistan") qruplaşmasının 47 üzvü, 11 avqust gecəsi isə təmizləmə əməliyyatı zamanı daha üç döyüşçü məhv edilib. Onların silah-sursat və partlayıcı maddələri aşkar olunub.

Pakistan hakimiyyəti bu qruplaşmanı Hindistanla əlaqədə ittiham edir. Rəsmi olaraq "Təhrik-i-Taliban Pakistan" Əfqanıstan "Taliban"ına daxil olmasa da, Pakistan hərəkatı onlara sığınacaq verməkdə günahlandırır. Kabildə isə bu iddialar rədd edilir.

Best coffeeshop in Berlin