Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Diplomsuz həkimlər, saxta müalicə - Stomatoloqlar barədə iddiaya RƏSMİ CAVAB

Diplomsuz işlədikləri iddia edilən şəxslərin hər ikisinin ali tibb təhsili almadığı məlum olub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM)  verilən məlumata görə, tibb kadrlarının vahid dövlət reyestrində olan məlumata əsasən, orta tibb təhsilli Hafiz İsazadə diş texniki, Turab Məmmədli isə ortoped-stomatoloqdur.

"Azərbaycan Respublikasının "Əhalinin sağlamlığının qorunması haqqında" Qanununun 12-ci maddəsinə əsasən, həkimlik fəaliyyətini yalnız ali tibbi təhsili təsdiq edən diplomu və müvafiq dövlət qeydiyyatı (sertifikasiyası) olan şəxslər həyata keçirə bilərlər. Orta tibb təhsili alan şəxslərin həkim-stomatoloq kimi fəaliyyət göstərməsi qanunvericiliyə görə yolverilməzdir.

Azərbaycan Respublikasının "Dövlət nəzarəti haqqında" Qanununun 6-cı maddəsinə və "Səhiyyə sahəsində nəzarətin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olan rəsmi müraciətlər əsasında araşdırma aparır. Bu müraciətlər hüquqi əsaslarla qiymətləndirilir və zərurət yarandıqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, mediada yayımlanan sözügedən fakt üzrə məsələ AEM-in işçi qrupu tərəfindən araşdırılacaq, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

- "Bir pəncərə" sektoru;

- Qaynar xətt: (012) 596-05-20;

- E-poçt: aem@pharma.az;

- Rəsmi sayt: www.pharma.az ("Müraciət" bölməsi)", - AEM-dən bildirilib.

Best coffeeshop in Berlin
https://youtu.be/Bp47GkGtBMo?si=pgg43tBQ_GoXnLcs