Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Klassik qəzəl

Bu sinəm qəm bazarıdır, hər kəs qəmin satıb məndə,

Yerin rahət bilib əlbət, qarəçuxam yatıb məndə.

 

Suya hısrət ikən aləm "gözümdən qanlı axar su",*

Ya mən dəryadə qərq oldum,ya dəryalər batıb məndə.

 

Bu qədri sadəlövh olma,mənə tən eyləyir yarım,

İmanı qəlp olanlar da suyun südə qatıb məndə.

 

Təbibim ahuzar eylər ki,təndə atəşim çoxdur,

Cəhənnəmdən qaçanlar da gəlib tonqal çatıb məndə.

 

Fil ordusuna zülm edən mənim bu halıma yandı,**

Əbabil quşları hətta lələklərin atıb məndə.

 

Bəlayi-eşqə mübtəla bu candan ayrı qalmazdı,

O qəmgüsar nədən gəlsin, həmişə qəm dadıb məndə.

 

Məhəmməd, dözmədi qəlbin, o da üz döndərib səndən,

Nə bilsin könlümü əqlim dəmadəm aldadıb məndə.

Məmməd Əvəzoğlu.12.08.2025.

*Məhəmməd Füzuli

**Quran.Fil surəsi

Best coffeeshop in Berlin