Məmməd İsmayıl palataya köçürülüb - Xəstəxanadan AÇIQLAMA
"Bona Dea" xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 86 yaşlı şair Məmməd İsmayıl palataya köçürülüb.
Bu barədə Teleqraf-a xəstəxanadan məlumat verilib.
Qeyd edilib ki, Məmməd İsmayıl bu gün saat 12:00-da palataya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.
Qeyd edək ki, Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. O uzun müddət Azərbaycan Dövlət Televiziyasında, "Cəfər Cabbarlı adına Azərbaycanfilm" studiyasında, "Yazıçı", "İşıq" nəşriyyatlarında çalışıb, 1988-1990-cı illərdə "Gənclik-Molodost" jurnalının baş redaktoru olub. Türkiyənin Çanaqqala şəhərində yerləşən On Səkkiz Mart Universitetinin professorudur. Onun Azərbaycan və türk dillərində 50-ə yaxın kitabı çap olunub.
16:26
"Atam "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilib. Nəfəsalmada problem yaşayırdı. Dünən ani olaraq vəziyyəti ağırlaşıb".
Bu barədə şair, professor Məmməd İsmayılın qızı İntizar İsmayıl məlumat verib.
O qeyd edib ki, M.İsmayılın indiki vəziyyəti stabildir:
"Bu, indiki vəziyyətidir, iki-üç saat sonra nə olacaq, bilmirəm. Biz inanırıq ki, yaxşı olacaq".
Xatırladaq ki, Məmməd İsmayılın sağlamlığındakı problemlərə görə Heydər Əliyev Fondu müalicəsini öz üzərinə götürüb.


