Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pakistanda Müstəqillik Günündə atışma: Üç ölən və 60-a yaxın yaralanan var

Pakistanın Kəraçi şəhərində ölkənin Müstəqillik Gününün qeyd edilməsinə həsr olunmuş tədbirdə atışma nəticəsində üç nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

AZpress.Az-ın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

"Pakistanın Kəraçi şəhərində Müstəqillik Gününün qeyd edilməsi zamanı səhlənkarcasına havaya açılan atəş nəticəsində üç nəfər, o cümlədən ahıl yaşlı vətəndaş və səkkiz yaşlı qız həlak olub, 60-dan çox adam güllə yarası alıb", - deyə materialda vurğulanıb.

Qeyd olunub ki, Pakistanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb və yerli hakimiyyət vətəndaşları bayramı daha təhlükəsiz yollarla qeyd etməyə çağırıb.

Best coffeeshop in Berlin