Yeniyetmə boksçularımız Çinə yollanıb
Azərbaycanın yeniyetmə boksçulardan ibarət yığma komandası baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərliyi altında MDB Oyunlarına hazırlıq prosesini davam etdirir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, dünən təlim-məşq toplanışınin (TMT) Bakı mərhələsi başa çatıb və komandamız bu gün Çinə yollanıb. Qeyd edək ki, Çin toplanışı Sincan-Uyqur Muxtar Rayonunda keçiriləcək. Yeri gəlmişkən, 12 boksçunun cəlb edildiyi TMT sentyabrın 1-dək davam edəcək. Bu müddət ərzində boksçularımız yoxlama-sinaq məqsədi ilə yerli idmançılarla bir sıra sparinqlər də keçirəcəklər.
İNTİQAM Məmmədov


