Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi voleybol millimiz Avstriyanı qəbul edəcək 

Avqustun 16-da kişi voleybolçulardan ibarət yığmalar arasında AÇ-2026-nin (EuroVolley-2026) təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək. Qeyd edək ki, baş məşqçisi Fərid Calalov olan Azərbaycan millisi həmin gün doğuma divarlar arasında Avstriyanı qəbul edəcək. Bakı Voleybol Mərkəzində keçiriləcək oyun yerli vaxtla saat 18:00-da başlanacaq.

Bununla da Azərbaycan komandası AÇ-2026 ilə erkən vidalaşaq. Yarışın reqlamentinə uyqun olaraq təsnifat mərhələsi başa çatandan sonra qrup liderləri və eləcə də qrup ikinciləri arasında 5 ən yaxşı milli Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, turnirin B qrupunda yer alan millimiz bu oyuna qədər keçirdiyi hər üç oyunda məğlub olub. Yeri gəlmişkən, həm evdə, həm də səfərdə Belçika millisinə quru hesabla (0:3 və 3:0) məqlub olan Azərbaycan komandası Avstriya millisinə isə səfərdə eyni hesabla uduzub. 

Hazırda B qrupunda vəziyyət belədir:

Belçika - 12 xal, Avstriya -3 xal, Azərbaycan - 0 xal.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin