Nurlan Ağazadə və Yusif Dursunov dünya üçüncüsü olub
Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Çempionatın ikinci günü yiqmamizin iki bürünc medal qazanması ilə yadda qalıb. Qazanılan medallar Nurlan Ağazadə (70 kq) ilə Yusif Dursunovun (125 kq) aktivinə yazılıb. Qeyd edək ki, Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinasvilidən (4:1), Yusif Dursunov isə fransalı Levan Laqvilavadan (3:1) güclü olub.
İNTİQAM Məmmədov


