Daha iki güləşçimizin bürünc medal şansı var
Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən dünya çempionatı davam edir. Çempionatın ikinci günü daha 4 sərbəst güləşçimiz mübarizəyə qatılıb. Bu dördlükdə Vasif Baqirov (57 kq), Ağa Qasımov (65 kq), Muradxan Omarov (79 kq) və Anar Cəfərov (92 kq) yer alıb. Bunlardan yalnız ikisi - Vasif Baqirov və Anar Cəfərov bürünc medal qazanmaq şansı əldə edib. Yeri gəlmişkən, Anar yarımfinalda uduzduğu üçün sabah birbaşa bürünc medal uğrunda görüşə çıxacaq. 1/4 finalda uduzan Vasif isə onu məqlub edən rəqib finala yüksəldiyi üçün sabah bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
İNTİQAM Məmmədov


