Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏN XATİRƏLƏR

Rafiq ODAY:

DÜNYADI DA...

Dünya bizi aldadır,

Aldadır, dünyadı da...

Kimə zəqqum, kiməsə

Bal dadır, dünyadı da...

 

Üz gülmür ki, sovxada,

Üzərlik, gəl sov qada.

Başlar hər gün qovğada,

qaldadı, dünyadı da...

 

Ta nə Məmməd, nə Nəsir?! -

Həsir olub yüz qəsr.

Dünyada ən qorxunc sirr –

laldadı, dünyadı da...

 

Bir damcı qan və nütfə, -

Adam olun da, lütfən...

Gözlər sümükdə, müftə

yaldadı, dünyadı da...

 

Göyə bülənddi ünlər,

Əli üzündə dinlər...

Çox görəcəkli günlər

daldadı, dünyadı da...

28.12.2023

Best coffeeshop in Berlin