"Qarabağ" Macarıstanı yenə də fəth edib
Dünən axşam futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib. Bu turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" klubu Macarıstanın paytaxtı Budapeştdə yerli 'Ferentsvaroş" klubunun qonağı olub. Özünü heç də qonaq kimi aparmayan "Qarabağ" üç il öncə (2022-ci il) olduğu kimi, yenə də qələbə qazanaraq, Macarıstanı fəth edib. Qeyd edək ki, Budapeştdəki "Qroupama" stadionunda baş tutan və taleyi portuqaliyalı referi Joau Pineyruya həvalə edilən oyunda "Qarabağ" yenə də 3:1 hesablı qələbə qazanıb.
Oyunda ilk qolu 29-cu dəqiqədə ev sahiblərindən Barnabaş Varqa vurub - 1:0. Matçın birinci hissəsi bu hesabla bitib. İkinci yarıda isə çempionumuz ev sahibini üç dəfə mərkəzə dəvət edib. 50-ci dəqiqədə Marko Yanukoviç gözəl zərbə ilə baxımlı qola imza ataraq, oyunda pozulmuş statusu bərpa edib - 1:1.
Matçın 67-ci dəqiqəsində çempionumuzun müdafiəçisi Kevin Medina rəqib qapısına yol tapmaqla hesabı artırıb - 1:2. "Qarabağ" önə çıxıb. Nəhayət oyunda son nöqtəni Musa Qurbanlı qoyub. Matçın 82-ci dəqiqəsində Nəriman Axundzadəni əvəz edərək meydana çıxan Qurbanlı 3 dəqiqə sonra rəqib qapısına qol vurub - 1:3. Oyun bu hesabla bitib. Bunu la da "Qarabağ" 3 il öncə macarlara yaşatdığı acını yenidən yaşadıb.
Cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" bu mərhələni də keçəcəyi halda Çempionlar Liqasınin əsas qrup mərhələsində mübarizəni davam edəcək.
İNTİQAM Məmmədov


