Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şakiranın heykəli ucaldıldı

Məşhur kolumbiyalı müğənni Şakiranın doğulduğu Barankilya şəhərində abidəsi ucaldılıb.

Bu barədə 46 yaşlı sənətçi sosial şəbəkədə paylaşım edib. O, valideynlərinin və qardaşının altı metrdən  hündür olan bronz heykəlinin qarşısında lentə alınan şəkilləri izləyiciləri ilə bölüşərək bunları qeyd edib:

"Valideynlərimlə və xüsusən də anamın ad günündə bunu paylaşmaq məni xoşbəxt edir. Valideynlərim, qardaşım, bələdiyyə sədri və mən ona baxırıq!⁠ Ah bu fədakarlıq. Bu mənim balaca ürəyim üçün çoxdur".

Qeyd edək ki, senətçinin Barankilyadakı Metropolitano stadionunun yaxınlığında daha bir abidəsi var.

Best coffeeshop in Berlin