Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib +FOTO=6

“AzerGold” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib. 
AZpress.AZ xəbər verir ki, tədbirin məqsədi “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların məşğulluq imkanları barədə məlumatlandırılmasını təmin etmək və yerli əmək resurslarının səmərəli istifadəsinə töhfə verməkdir.
 Seminarda iştirak edən qadınlara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları – peşə hazırlığı, ödənişli ictimai işlər, özünəməşğulluq proqramı, həmçinin mövcud vakansiyalar və işəgötürənlərlə əməkdaşlıq imkanları haqqında geniş məlumat təqdim olunub. Eyni zamanda, “AzerGold” QSC tərəfindən həyata keçirilən sosial layihələr, regionda icmaların inkişafına yönəlmiş təşəbbüslər və qadınların iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində görülən işlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib. 
Qeyd edək ki, “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi 2023-cü ildən etibarən icra edilir. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Dövlət Məşğulluq Agentliyinə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri müvafiq peşə üzrə işlə təmin edilib. Bundan başqa, 4 nəfər özünüməşğulluq proqramı çərçivəsində Qadın gözəllik salonu zərfi üzrə aktivlərlə təmin olunub, daha 7 nəfər növbəyə alınıb.

 

RUS:

Очередной просветительский семинар организован в рамках проекта «Повышение занятости женщин в Дашкесане» 

В рамках проекта «Повышение занятости женщин в Дашкесанском районе» ЗАО «AzerGold» в партнерстве с Государственным агентством занятости при Министерстве труда и социальной защиты населения был организован очередной просветительский семинар.
Цель мероприятия – способствовать интеграции женщин, проживающих в селах, расположенных в окрестностях золоторудного месторождения «Човдар», в рынок труда, повысить их осведомленность о возможностях трудоустройства и содействовать эффективному использованию местных трудовых ресурсов.
Участницам семинара была предоставлена подробная информация о действующих программах трудоустройства Государственного агентства занятости — профессиональной подготовке, оплачиваемых общественных работах, программе самозанятости, а также о существующих вакансиях и возможностях сотрудничества с работодателями. Вниманию участниц также были представлены реализуемые ЗАО «AzerGold» социальные проекты, инициативы, направленные на развитие местных сообществ, и работа, проводимая в направлении расширения экономических возможностей женщин.
В процессе обучения были даны ответы на вопросы участниц, подробно разъяснена работа электронной системы приема на работу в ЗАО «AzerGold», порядок привлечения кандидатов к трудовой деятельности по вакансиям на основе экзаменов, а также возможности использования услуг Государственного агентства занятости. Женщины получили необходимые рекомендации по эффективному пользованию этими услугами.
Отметим, что проект «Повышение занятости женщин в Дашкесанском районе» реализуется с 2023 года. В рамках проекта 2 женщины, участвовавшие в тренингах и официально обратившиеся в Государственное агентство занятости, были трудоустроены по соответствующим специальностям. Кроме того, 4 женщины в рамках программы самозанятости получили активы по пакету «Женский салон красоты», и еще 7 женщин ждут своей очереди.

Best coffeeshop in Berlin