U-16 basketbol millimiz AÇ-ya məğlubiyyətlə başlayıb
Bu gün İstanbulda (Türkiyə) 16 yaşlı (U-16) basketbolçu qızlar arasında Avropa çempionatının B dvizionuna start verilib. Bu yarışa ilk dəfə qatılan Azərbaycan yığması startda İsveç komandasıyla qarşılaşıb. Görüş rəqib komandanın 54:87 hesablı qələbəsi ilə bitib. Avropa çempionatının oyun təqviminə əsasən yığmamız sabah Hollandiya ilə üzləşəcək (saat 22:30).
Yeri gəlmişkən, çempionatda debüt edən millimizin heyətində 2 nəfər 14, 5 nəfər 15 və 6 nəfər isə 16 yaşlı oyunçudur.
Odur ki, bu oyunlar yeniyetmə oyunçularımız üçün təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



