Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏN XATİRƏLƏR

Ağacəfər Həsənli:

 Şəhidlik zirvəsinə yüksələn iki əsgərimizə yazdığım şeirlər...

Yeni şeirlər kitabımı çapa hazırlayıram, torpağımızın azadlığı uğrunda vuruşan igidlətimizlə bağlı xeyli sayda əsərim var.

Bu bədii yazıların xeyli hissəsi "Azərbaycan" jurnalında və "Ədəbiyyat qəzeti"ndə dərc olunub. Lerikin Kələxan və Çayrud kəndlərindən olan, şəhidlik zirvəsinə yüksələn iki cavan əsgərimizə yazdlğım şeirləri bu təzə il qabağı oxucularımın diqqətinə çatdırmağı məsləhət bildim.

 

YENİ NAĞILMIŞ CAVANŞİR

İkinci Qarabağ Vətən müharibəsində igidliklə şəhidliyə yüksəlmiş Cavanşir Namik oğlu Həmidliyə xitabən

Ağacların gövdəsinə

yazdı bu yurdun andını.

Vətənin sərt qayasında-

yazdı Çayrudun adını.

 

"Vətən kəndimdən başlanır"

pozmadı əsgər andını.

Bərəm-bəndindən başlanır.

Böyük hərflərlə göydən,

asdı Çayrudun adını.

 

Düşmənin istehkamını,

təkvaşına yaran zaman.

Aldı bu yurdu kamını,

heyrətdə qoydu hamını.

 

Ovuşdurarkən alnını,

bir dəfə boylandı günə.

Üfüqlərin qızıl qanı

dağıldı şehtək üstünə.

 

Xəbəri var yarpağın da,

doğuldu vətənlə canbir.

Azərbaycan torpağında

yeni nağılmış Cavanşir-!

 

İTKİ

Şəhid zabit Əliqismətin atası Mükafat Yaqubluya

Bərk saxladım yarağımı,

savaşımı bitirmişəm.

Nə bir qarış torpağımı,

nə daşımı itirmişəm.

 

Şükür bu qüdrətə, gücə,

qənşərimdə yağı, cücə...

Harda gəldi , süpürdükcə-

göz yaşımı itirmişəm.

 

Təndir kimi gur yandım ki,

Öz oduma qızındım ki...

Kimi itirdim, sandım ki,

qardaşımı itirmişəm.

 

Şəhid atası, danış, din,

nə üçün susdun, kiridin?

Sən baş leytenant itirdin,

mən başımı itirmişəm.

Best coffeeshop in Berlin