Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məhkəmədə Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində həlak olanların yaxınları ifadə verib

Bakı Hərbi Məhkəməsində sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən, müharibə qanunlarının hazırlanmasında və aparılmasında təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

AZpress.AZ xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər Camal Ramazanov və Anar Rzayevin (ehtiyat hakim Günel Səmədova) sədrliyi ilə keçirilən açıq prosesdə hökm oxunub. Hər bir təqsirləndirilən şəxsə danışdığı dildə tərcüməçi, həmçinin müdafiə üçün vəkillər ayrılıb.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlərdən bəziləri, onların hüquqi varisləri və dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmişlərə hakimlər kollegiyasını, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və başqalarını təqdim edib, onlara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edib.

Sonra zərərçəkmişlərin ifadələri dinlənilib.

Zərərçəkmiş Əziz Hüseynovun qanuni nümayəndəsi, onun bacısı Sonaqül Şirinova ifadəsində bildirib ki, qardaşı 1994-cü il iyunun 16-da Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Xocavənddə, qaynı Qabil Şirinov isə 1993-cü il iyunun 26-da Xıdırlı rayonunun Xızırlı kəndində həlak olub.

Zərərçəkmiş Elgin Abbaslının hüquqi varisi, atası Ağayar Abbasov ifadəsində bildirib ki, o, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin silahlı basqınları nəticəsində Laçından məcburi köçkünə çevrilib. O qeyd edib ki, oğlu 44 günlük Vətən Müharibəsi zamanı yaralıları təxliyə etmək üçün Şuşaya gedərkən həlak olub.

Best coffeeshop in Berlin