Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Ayxan Cavadov DÇ-da finala yüksəlib 

O, finalda erməni idmançı ilə üzləşəcək 

Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən dünya çempionatı davam edir. Qeyd edək ki, Azərbaycan idmançılarının da qatıldığı bu mundialın  beşinci günü iki yunan-Romacimiz və bir xanım güləşçimiz döşək üzərinə çıxaraq, medallar uğrunda mübarizəyə başlayıb. Bu triomuzdan ən yaxşı çıxış edən Ayxan Cavadov (60 kq) olub. Qələbələrini ard-arda sıralayan Ayxan finala çıxıb və ən pıs halda mundialın gümüş medalını özünə təmin edib. 

AGF-dən verilən məlumata görə, startda polşalı rəqibini 9:0 hesabla üstələyən Ayxan ardından türkiyəli Ömər Aktaş üzərində 8:3 hesablı qələbə qazanmaqla yarımfinala yüksəlib. Burada isə o, Gürcüstan təmsilçisi Vaxtanq Loluani "tuş"la udaraq adını finala yazdırıb. O, sabah həlledici finalda erməni Yurik Mxitaryanla üzləşəcək.

Trioya daxil olan digər güləşçilərimizə gəlincə, Elmin Əliyev (82 kq) 1/16 finalda ukraynalı rəqibini üstələsə də (11:4), növbəti mərhələdə rusiyalı dünya və Avropa çempionu adını daşıyan Mixail Şkarinlə bacarmayıb. Lakin sonradan rəqibin finala yüksəlməsi Əliyevə bürünc medal uğrunda təsəlliverici görüşə qatılmaq imkanı verib.

Xanım güləşçimiz - Zəhra Kərimzadə (72 kq) də oxşar taleyi yaşayıb. Ştatda (1/8 final) Çin təmsilçisi Yuqi Liuya (0:10) uduzan Zəhra məhz onun finala çıxması sayesinde sabah təsəlliverici görüşə çıxacaq.

Xatırladaq ki, mundialın ilk beş günündən sonra Azərbaycan yığması 5 (0-1-4) medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin