Qubada "Ulduz Cup" beynəlxalq futbol turniri keçiriləcək
25-28 avqust günlərində Quba Olimpiya İdman Kompleksində 12 yaşlı futbolçular arasında sayca ikinci olan "Ulduz Cup" beynəlxalq turnir keçiriləcək. Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkil etdiyi və dörd gün davam edəcək turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Qətəri təmsil edən 12 komanda üç qrupda ("A", "Bu" və "C") mübarizə aparacaq.
"A" qrupunda:
"Ulduz Cup" FK (Azərbaycan), "Trabzonspor" FK (Türkiyə), "Sduşorsi" FK (Qırğızıstan) və "Aspire Akademiyası" (Qətər);
"B" qrupunda:
"Qarabağ " FK (Azərbaycan), "Dinamo Tbilisi" FK (Gürcüstan), "İstanbul Başakşeher" FK (Türkiyə) və "Bunyordkor" FK (Özbəkistan);
"C" qrupunda:
"Sabah " FK (Azərbaycan), "Neftçi " FK (Azərbaycan), "Paxtakor" FK (Özbəkistan) və "Şaxtyor Qaraqanda" (Qazaxıstan).
İNTİQAM Məmmədov


