Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Səadət Qərib: 

Nə biləydim

Nə biləydim, sevinc məndən qaçanda

xəyallar da yarpaq-yarpaq solarmış,

Nə biləydim bulud kimi dolanda

yağış mənim gözlərimdən axarmış.

 

Sevgi dolu , gülərüz bir qız idim,

Ürəyimdə kədər izi yox idi.

Sənin gözlərində bir ulduz idim,

Həyatımda xoşbəxt günlər çox idi.

 

İndi sənsiz yaman səssiz olmuşam,

Susub duyğularım daha çağlamır.

Yerlə göyün arasında qalmışam,

Yaralarım nədən qabıq bağlamır?...

 

Nə biləydim , axı hardan biləydim,

Yarım qala bilər eşq hekayəmiz.

Hüznə ara verə bilsəydi qəlbim,

Xatirənlə bəslənərdi sevgimiz.

 

Yanağıma barmaqların dəymədən,

Gözyaşımı qurutmaq çox çətindi.

Tanrı yazan yazını yaşamadan ,

Nə biləydim ayrılıq qismətimdi.

Səadət Qərib

Best coffeeshop in Berlin