Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Həsənoğlu: 

İt və pişik

(pritça)

İt pişikdən soruşur: - ikimizi də insan əhliləşdirib. Niyə o, sən pişiyi isti evdə saxlayır, yeməyinin ən yaxşı tikələrini sənə verir?

Məni qapısının çölündə, soyuqda saxlayır, özü yeyə bilmədiyi sür- sümüyü də mənə atır?

Pişik cavab verir: - insan səni həyatına, canına ola biləcək təhlükələrdən qorumaq üçün saxlayır. Məni isə evdə olan siçan və siçovullardan qorumaq üçün saxlayır. O siçan və siçovullar ki, onun azuqəsinə, malına, mülkünə təhlükə yarada bilər.

İnsan isə malı, mülkü canından həmişə üstün və əziz tutur.

Bu səbəbdən də mən pişiyi malının, mülkünün qoruyucusu kimi isti evdə, yanında, sən iti isə canının qoruyucusunu soyuqda, çöldə saxlayır.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin