Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Bəybala Mirzəyev: 

Fransız həyasızlığı...

Qarşılığında biz nə etməliyik?

Bu da Makron Fransasından bizə qarşı daha bir təxribat. Parisin məşhur Bastiliya meydanında “Dağlıq Qarabağ. Erməni irsi təhlükə altındadır” sərgi açılıb.

Yanvarın 15-dək davam edəcək açıq səma altında keçirilən sərgidə qondarma “Dağlıq Qarabağ”ın “erməni tarixi və mədəni irsi”ni əks etdirən 30 fotoşəkil nümayiş etdirilir. Həmçinin tarixi alban məbədləri də orada erməni irsi kimi təqdim olunur.

Fransanın bu cür ermənipərəst həyasızlıqları və cılızlıqları hələ çox davam edəcək. Çünkü Fransanın qürub dövrü başlayıb. Çürüməkdə olan fransız dövlətçiliyi hazırda sanki ölümdən öncəki aqoniya dövrünü yaşayır.

Bəli, Fransa bir super güc kimi sürətlə tənəzzülə doğru yuvarlanmaqdadır. Fransa dövləti öz tarixinin növbəti ən ağır çöküş dönəmlərindən birini yaşamaqdadır. Biz də Fransaya daha da dibə yuvarlanmaqda necə deyərlər, yaxından kömək etməliyik, prosesə biraz da təkan verməliyik.

Biz Fransanı zəif yerlərindən vurmalıyıq.

Və Bastiliya meydanındakı bu sərgi həyasızlığını da əsla cavabsız qoymamalıyıq. Dövlət olaraq da, QHT sektoru və diaspor kəsimi olaraq da, fərd olaraq da bu istiqamətdə görə biləcəyimiz işlər çoxdur.

Düşünək və hərəkət edək.

Yeri gəlmişkən, Fransadan narazı olan ölkələr və xalqlar həddindən çoxdur. Son vaxtlar hətta İsrail də Fransadan ciddi şəkildə narazıdır. Biz bütün anti-Fransa qüvvələrini bir araya gətirə bilərik.

P.S.

Vaxtilə böyük tarixi hadisələrə şahidlik etmiş və fransızların qürur duyduqları məkanlardan biri olan Bastiliya meydanı əvvəllər inqilabçılara qucaq açırdısa, indi nə hikmətdirsə intriqan ermənilərə təslim olub...

Best coffeeshop in Berlin