Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Hümbət Quliyev: 

“Çıxış yolu” haqqında

(esse)

Bir şəhərdə metro açılır və yerin altında, bir keçidin qabağında lövhədə belə bir işarə vurulur:

“ Çıxış yoxdur!”

Tezliklə bu işarənin qabağında tez- tez özünü pis hiss edən insanlar peyda olur və bəzi hallarda təcili yardım çağrılmasına ehtiyac yaranır.

Metro əməkdaşları bu fenomeni əvvəl izah edə bilmirlər, lakin araşdırmalardan sonra səbəb tapılır.

Məlum olur ki, insan yerin altında keçidlə gedir və qəfil qarşısında

“ Çıxış yoxdur!” plakatını görür. Bu, psixi cəhətdən dayanığı zəif insanlarda panika və sonra psixi pozğunluq yaradır.

Problem çox sadə çözüldü, işarəni dəyişdilər.

Yeni işarədə yazılmışdı:” Çıxış yan tərəfdəndir.”

Bu misalı niyə yazdım? Bəzi insanlar beyinlərində “ Çıxış yoxdur!” plakatı daşıyırlar və bunun əziyyətini davamlı çəkirlər.

Bu insanlar beyinlərindəki plakatı da dəyişə bilsələr, həyat rahatlıqlarını asanlıqla təmin edə bilərlər, çünki çıxış həmişə var, və çıxış elə çox vaxt azacıq yan tərəfdən olur…

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin