Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Ziyadxan Əliyev: 

ƏZİM ƏZİMZADƏYƏ EHTİRAMIN YÜKSƏK TƏQDİRİ

Bu gün yanvar ayının 12-də Azərbaycan Rəssamlar İttifaqı ictimai birliyinin növbəti hesabat yığıncağı keçirilmişdir. Xalq rəssamı Fərhad Xəlilovun hesabat məruzəsi dinlənilmişdir. Məruz ətrafında çıxışlar olmuşdur. Açıq səsvermə yolu ilə xalq rəssamı Fərhad Xəlilov yenidən yaradıcı təşkilatın sədri seçilmişdir. Tədbirdə həm də mükafatlandırılmalar həyata keçirilmişdir.

Əməkdar rəssam Görüş Nurəddinoğlunun ötən il baş tutan fərdi sərgisi “İlin sərgisi” hesab edilmişdir. Ona xatirə lövhəsi təqdim olunmuşdur.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev isə Rəssamlar İttifaqının təsis erdiyi “Əzim Əzimzadə mükafatı”na layiq görülmüşdür. Mükafat ona yazdığı “İstedadlar ocağı” kitabı və Ə.Əzimzadəyə həsr olumuş tədqiqatlarına görə verilmişdir. Müəllifə mükafatın medalı və vəsiqəsi təqdim olunmuşdur.

P.S. Öz növbəmdə 75 yaşlı sənətşünasın bu vaxta qədərki səmərəli fəaliyyətimi görməməzliyə vuran rəsmi mədəniyyət məmurlarından fərqli olaraq, gördüyüm işləri yüksək dəyərləndirənlərə - doğma Rəssamlar İttifaqına təşəkkürümü bildirmək istəyirəm.

Best coffeeshop in Berlin