“Sənətin sərhədi yoxdur” Beynəlxalq Akvarel Festivalı çərçivəsində növbəti ustad dərsi keçirildi +FOTO=50
25 avqust 2025-ci ildə IWS Art For Healing təşkilatının rəhbərləri Elminaz Qəhrəmanova və Rahim İbrahimovun təşəbbüsü ilə “Sənətin sərhədi yoxdur” adlı Beynəlxalq Akvarel Festivalı çərçivəsində növbəti ustad dərsi baş tutdu.
AZpress.AZ xəbər verir ki, festival çərçivəsində keçirilən bu dərs Azərbaycan Respublikasının Birinci xanımı, hörmətli vitse-prezident Mehriban Əliyevaya həsr olundu. Mehriban xanım Əliyevanın hər zaman xüsusi qayğıya ehtiyacı olan uşaqların yanında olması, onlara göstərdiyi sevgi və diqqət festival iştirakçıları üçün böyük ilham mənbəyi kimi dəyərləndirildi. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti, dəyərli Leyla Əliyevanın daim uşaqlara göstərdiyi dəstək də xüsusi vurğulandı.
Festivalın həyata keçirilməsində göstərdiyi maddi dəstəyə görə azərbaycanlı rəssam Mehriban xanım Alışovaya təşəkkür bildirildi.
Tədbirdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, dosent Pərviz Əliyev, IWS Sumqayıt Art Centre rəhbəri İntiqam Cəfərov, eləcə də Gündüz müəllim, Aynurə xanım, Məlahət xanım və Azərbaycanda miniatür sənət nümunələri ilə tanınan Pərinisa xanım iştirak etdilər.
Azərbaycan Memarlar və Rəsaamlar ittifaqının üzvü “Prezident “ təqaüdçüsü İsmayıl Haciyevdə iştirak etdi
Onların iştirakı ustad dərsinə xüsusi dəyər qatdı.
Eyni zamanda tədbirə məkan dəstəyi göstərən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova təşəkkür edildi. Uşaqların və yeniyetmələrin inkişafında daim mühüm rol oynayan, böyük dəstək göstərən Zahid Əvəzovun əvəzsiz xidmətləri xüsusi olaraq qeyd olundu.
Bununla yanaşı, bizə hər zaman dəstək olan fotoqraf Mahir Əhmədova da təşəkkürümüzü bildiririk. Onun çəkdiyi fotolar sayəsində tədbirimizin ən dəyərli anları yaddaşlarda qalacaq.
Festival çərçivəsində keçirilən ustad dərsləri könüllü müəllimlər tərəfindən həyata keçirilir və əsas məqsəd sənətin şəfa verici gücünü uşaqlar üçün əlçatan etmək, eyni zamanda onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək göstərməkdir.
Foto Elnarə Əhmədova


