Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Aysel Fikrət: 

Bəlkə sevərdim səni, bəlkə nə bilmək olar

Hava yağış olsaydı, çətirə bənzəsəydin,
Əllərim donan vaxtı, sarılsaydın anidən.
Nə bilim uyğun vaxtı, uyğun sözü desəydin,
Bəlkə sevərdim səni, bəlkə nə bilmək olar.

Ocaq qalasa idik ötən günlərdən birgə,
Yanında qızınsaydıq gecə kimsəsiz yerdə.
Ağlasam göz yaşımı silib qorxma desəydin,
Bəlkə sevərdim səni, bəlkə nə bilmək olar.

Şəhərin izdihamı adam çox olan yerdən,
Qarışıb adamlara yüzdən biri olsaydım.
Gəlib keçseydim əgər o sən keçdiyin yerdən,
Bəlkə sevərdim səni,bəlkə nə bilmək olar.

Əlimdən dağılsaydı şeirlərim yollara,
Küləklərə qarışıb küləklə yorulanda
Göydən yerdən ruhumu bir- bir dərib tapsaydın.
Bəlkə sevərdmi səni, bəlkə nə bilmək olar.

Omrün yaz səhərində, gözəl bahar cağında,
həzin payız yerində,çovgun soyuq qarında,
istim ola bilsəydin, bu bitməz soyuğumda.
Bəlkə sevərdim səni, bəlkə nə bilmək olar.

Sən sən ola bilsəydin,Sən o ola bilsəydin,
Sən bitməyən ağrıya, bir yol ola bilsəydin,
Bu qədər acı çəkib, mənim kimi gülsəydin.
Bəlkə sevərdim səni,bəlkə nə bilmək olar.

Aysel Fikrət

Best coffeeshop in Berlin