Asifə Əfəndi:
Milli fotoqrafiyamızın "Mixaylo"sunu tanıdığım üçün xoşbəxtəm
"Gənclik" jurnalının redaksiyasında çəkilmiş bu şəkil mənim üçün çox dəyərlidir. Amma burada çoxlarının bilmədiyi və mənim də yeni öyrəndiyim incə bir məqam var. Bəzən şəklə baxırıq, valeh oluruq, ancaq onu çəkən haqda düşünmürük. Taleh elə gətirdi ki, şəkil müəllifi ilə rastlaşdı və mən milli fotoqrafiyamızın "Mixaylo"su sayılan, 20 yanvar faciəsini qorxmadan lentə alan, "Azpress.az" saytının təsisçisi və baş redaktoru olan dəyərli Rasim Sadıxovu tanıdığım üçün xoşbəxtəm.


