Dünyanın bir nomrəlisi Cokoviç üçüncü mərhələyə keçib
Avstraliyanın paytaxtı Melburnda tennis üzrə keçirilən və mövsümün ilk "Böyük Dəbilqə" turniri sayılan "Australian Open-2024" davam edir. Artıq turnirdə ilk iki mərhələnin görüşləri keçirilib. Dünyanın bir nömrəli raketka ustası olan serbiyalı Novak Cokoviç bu mərhələni də uğurla bitirərək üçüncü mərhələyə keçib. 1/64 finalda italiyalı tenniscini mübarizədən kənarlaşdıran Novak bu dəfə isə ev sahibi Aleksey Popirini mübarizəni dayandırmağa məcbur edib. Qeyd edək ki, Cokoviçin 6:3, 4:6, 7:6, (7:4), 6:3 hesablı qələbəsi ilə başa çatan bu görüş 3 saat 11 dəqiqə davam edib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



