Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Elçin Mirzəbəyli: 

Nə tüstüm var, nə bacam var, İlahi!

Mən ki, sənə bulud-bulud, yağış-yağış bağlıyam -

Aramızda nə çətir var, nə də dam var, İlahi.

Yer üzündə nə mənim tək göy üzünə ağlayan,

Nə də məni sənin kimi unudan var, İlahi.

 

Sənin ərşin – sonsuzluqdu, mənim ərşim - dualar,

Alanı çox...

Satanı çox...

Arşın-arşın dualar...

Bir məbəddən dərgahına uçur qurşun-dualar,

Bir məbəddə sönən ümid, yanan şam var, İlahi.

 

Min illərdi ümidləri yeyir...

Doyur adamlar,

Səccadədə hücrə-hücrə, oyuq-oyuq adamlar...

Bilirsənmi necə yanır soyuq-soyuq adamlar?

Mən bilirəm...

Nə tüstüm var, nə bacam var, İlahi!

 

Bir yol buldum min yolkəsən baxışların içindən -

Sualların, alqışların, qarğışların içindən...

Əlçim-əlçim buludların, yağışların içində

Bu dünyada unutduğun bir adam var, İlahi!

Elçin Mirzəbəyli

Bakı, 06 yanvar 2023-cü il

Best coffeeshop in Berlin