Buzovna dənizkənarı qayalıqları Dövlət Təbiət abidəsində eko art layihə təşkil edilib +FOTOLAR
31 avqust tarixində Buzovna dənizkənarı qayalıqları Dövlət Təbiət Abidəsində EKO ART LAYİHƏNİN "PLENERDƏ RƏSM” BÖLÜMÜ BAŞ TUTUB.
Buzovna qayalıqlarının ekoloji və tarixi əhəmiyyətini tanıtmaq, ictimai mühitə qarşı sosial məsuliyyət hissini artırmaq, sənət vasitəsilə təbiət və insan arasındakı əlaqəni qorumağa xidmət etmək, təbiət abidələrinin qorunmasına çağırış etmək məqsədilə elan olunmuş “Xəzərin mirvarisi – Buzovna qayalığı” layihəsinin ilk tədbiri- Plenerdə rəsm” baş tutub.
Layihə Ülkər Əliyeva və Sədaqət Zaurqızının kuratorluğu ilə Buzovna, habelə digər Bakı kənd sakinlərindən ibarət ekoloji könüllülər komandası olan Tarixi Abidələr Könüllüləri ilə birgə həyata keçirilib.
Layihə çərçivəsində Buzovna sahilindəki tarixi qayalıqların ekoloji və mədəni dəyərinə diqqət çəkmək əsas hədəflərdən biridir. Layihənin icrası “Plenerdə rəsm”, “Konseptual yanaşma”, “Hesabat sərgisi” başlıqları altında mərhələli şəkildə nəzərdə tutulub.
Fotomüxbir Mahir Əhmədov


