Hümbət Quliyev:
Yaxşı adam və pis adam
(pritça)
Bir- birini tanıyan iki insan birgə yol getməli olurlar. Yolda biri o birisindən soruşur: necə fikirləşirsən, mən yaxşı adamam, ya pis?
O birisi cavab verir: -Sən yaxşı insansan.
- Mən isə hesab edirəm ki, sən pis insansan.
İkinci insan bu sözün qarşılığında dinmir.
- Niyə susdun, sözüm xətrinə dəydi?
- Qətiyyən.
- Xətrinə dəyməli idi axı! Sən məni yaxşı saydın, mənsə səni pis.
- Bax, bu dünyada hər şey məntiqə bağlıdır. Yaxşı adam hər kəsi yaxşı görür, pis adam isə, hamını pis görür. Gördüyün kimi, mənim xətrimə dəyə bilən heç nə olmadı:
Yaxşı yaxşı da qalır, pis də elə pis olur.
Hümbət Həsənoğlu


