Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb +VİDEO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.
AZpress.AZ xəbər verir ki, Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
https://youtu.be/k0s83QCfUAw


