Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Zaur Qəhrəmanov mundiala qələbəylə başlayıb

Bu gün İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatıma start verilib. Mundialın ilk günü çəkisi 65 kq olan boksçumuz Zaur Qəhrəmanov rinq döyüşünə çıxıb. ABF-dən verilən məlumata görə, 1/32 finaldan mübarizəyə qatılan boksçumuz start döyüşündə Almaniya təmsilçisi Demis Brillə üzləşib. Qeyd edək ki, 3 raundluq qarşılaşma boksçumuzun 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində 1/16 finala yüksələn Zaur növbəti döyüşünü sentyabrın 7-də braziliyalı Dos Reysə qarşı keçirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin