Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün DÇ-da daha 5 boksçumuz mübarizəyə qatılacaq

Dünən Liverpulda (İngiltərə) kişi və qadın boksçular arasında startı verilən dünya çempionatı davam edir. Qeyd edək ki, mundiala 10 kişi və bir qadın boksçu ilə qatılan Azərbaycan yığmasının daha 5 üzvü bu gün mübarizəyə qatılacaq. Onların hamısı döyüşə 1/16 finaldan başlayacaq.

Boksçularımızın iştirakı ilə bu döyüşlər keçiriləcək:

Səidcəmşid Cəfərov (75 kq) - Qavin Rafferti (İrlandiya);

Surət Qarayev (85 kq) - Laclan Lauson (Avstraliya);

Aynur Mikayılova (57 kq) - Qabriella Beerheym (Hollandiya);

Sübhan Mamedov (50 kq) - Fredelin De Los Santos ( Dominikan respublikası);

Məhəmməd Abdullayev (+90 kq) - Sezar Peraza La Kruz (Kuba).

Yeri gəlmişkən, mundialın ilk günü 1/32 finaldan mübarizəyə qatılan iki boksçumuzdan biri - Zaur Qəhrəmanov (65 kq) döyüşünü qələbə ilə başa vuraraq 1/16 finala yüksəlib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin