Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Səidcəmşid Cəfərov DÇ-yə qələbəylə başlayıb

İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Mundialın bu günə təsadüf edən ikinci günü daha beş boksçumuz ilk rinq döyüşünə çıxıb. Günün birinci sessiyasında mübarizəyə qatılan Səidcəmşid Cəfərov (75 kq) 1/16 finalda üzləşdiyi irlandiyalı boksçu Qavın Rafferti ilə döyüşüb və rinqi 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbəylə tərk edib. Bu qələbə sayəsində 1/8 finala yüksələn boksçumuz  növbəti mərhələyə keçmək üçün yaponiyalı Dayqo Sunaqaya ilə   döyüşdən də qalıb ayrilmaqa çalışacaq. Həmin görüş sentyabrın 9-da keçiriləcək.

Dünən isə daha bir təmsilçimiz  Zaur Qəhrəmanov (65 kq) ilk döyüşünü (1/32 final) qələbə ilə başa vurub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin