Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərin Dünya Seriyasının üçüncü mərhələsi keçiriləcək 

6-7 sentyabr günlərində Kasablankada (Mərakeş) çimərlik güləşi üzrə Dünya Seriyasının sayca üçüncü mərhələ yarısı keçiriləcək. Həmişəki kimi Azərbaycan bu yarışda da iki güləşçi ilə təmsil olunacaq. AGF-dən verilən məlumata görə, iki gün davam edəcək bu yarışda ölkəmiziin idman şərəfini baş məşqçi Oyan Nəzərianının rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) cütlüyü qoruyacaq.

Reqlamentə görə, turnirin ilk günü əvvəlcə təsnifat görüşləri keçiriləcək və qrup iştirakçıları müəyyənləşəcək. Bunun ardından qrup mərhələsində iki görüş baş tutacaq. Turnirin son günündə isə qruplarda son görüşlər keçiriləcək. Daha sonra isə pley-off və medallar uğrunda görüşlər olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin