"Qarabağ" Julio Romao ilə yollarını ayırıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022-ci ildən “Qarabağ”da çıxış edən Romao keçirdiyi 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə isə ölkə kubokunun qalibi olub.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



