Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Türkiyənin ilk kosmonavtı Yerə endi 

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdıb. Gezeravcının da olduğu Axiom-3 komandası çərşənbə günü saat 17.20-də Əjdaha kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan yola düşüb. Ax-3 ekipajını daşıyan SpaceX-in Dragon kapsulu ABŞ-ın Florida ştatı sahillərində okeana enib. 

Yanvarın 19-da saat 00:49-da NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb. Əlverişsiz hava şəraiti səbəbindən Yerə dönüşü üç dəfə təxirə salınan “Axiom-3” komandasının total kosmik macərası 22 gün davam edib.

Komanda Beynəlxalq Kosmik Stansiyadan (BKS) fevralın 7-də Türkiyə vaxtı ilə saat 17:20-də yola düşüb. Təxminən 48 saat davam edən geri dönüş səfəri Dragon kosmik gəmisinin bu günə qədər ən uzun transfer müddəti olaraq qeyd edildi.

Türkiyənin ilk insanlı kosmik elmi missiyası tamamlandı.

Alper Gezeravcı 21 günlük missiya zamanı türk alimlərinin hazırladığı on üç elmi təcrübə həyata keçirib.

O, Ax-3 ekipajı ilə Dragon kapsulunda cəmi 83 saat, Beynəlxalq Kosmik Stansiyaya gedən yolda 36 saat və geri dönərkən 47 saat olub.

Bu missiya türk uşaqları üçün ilham mənbəyi kimi tarixə düşüb.

Best coffeeshop in Berlin