Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan komandası AK-nin 1/4-nə yüksəlib

Sentyabrin 5-də Danimarkanın paytaxtı Kopenhagendə qadınlar arasında 3x3 basketolu üzrə Avropa Kubokuna start verilib. Tarixində ikinci dəfə bu turnirə qatılan Azərbaycan yığması ilk olaraq yer aldığı B qrupunda 3 qat dünya çempionu Fransa və Ukrayna ilə qarşılaşıb. Startda Fransanı 21:16 hesabla məğlub edən "millimiz" ardından Ukraynanı üstələyərək (21:14) qrup lideri kimi turnirin 1/4 final mərhələsinə yüksəlib. Heyəti Erika Kartier, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan Azərbaycan "millisi" bu mərhələdə isə Polşa - Danimarka cütünün qalibi ilə üzləşəcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin