Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın basketbol millimiz AÇ-da tarixi uğura imza atıb

Yalnız həlledici finalda büdrəyən millimiz Köhnə Qitədə ikinci olub

6-7 sentyabr günlərində Danimarkanın paytaxtı Kopenhagendə kişi və qadınlar arasında 3x3 basketbolu üzrə Avropa çempionatı keçirilib. Çempionat Azərbaycanın qadın millisi üçün uğurlu olub. Belə ki, heyəti Erika Kartier, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan millimiz tarixində 2-ci dəfə qatıldığı bu yarışda keçirdiyi 5 oyunun yalnız birində (finalda) uduzmaqla çıxışını ikinci yerdə başa vuraraq gümüş medala layiq görülüb və bununla da tarixi uğura imza atıb.

Keçirdiyi oyunlara gəlincə, yer aldığı D qrupunda əvvəlcə 3 qat dünya çempionu adını daşıyan Fransa (21:16) komandasını, ardından Ukraynanı (21:14) məqlub edərək 1/4 finala yüksələn.Millimiz burada Polşa (16:13) komandasını üstələyərək yarımfinala adlayıb. Yarımfinalda isə son Avropa çempionunu məqlub (21:17) edən Azərbaycan komandası adını finala yazdırıb. Həlledici finalda isə millimiz Hollandiya yığması ilə qarşılaşıb. Görüş "zambaqlar ölkəsi"nin 21:16 hesablı qələbəsi ilə bitincə millimiz Avropa çempionatında ikinci olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin