Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan güləşçiləri Universiadanı 8 medalla başa vurublar

Klassiklərimiz komanda hesabında 1-ci, sərbəst güləşçilərimiz isə 2-ci olublar 

Qırğızıstanın Colpan-Ata şəhərində 17-25 yaşlı tələbələr arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Türkdilli Dövlətlərin Universiadasında güləş (yunan-Roma və sərbəst) yarışlarına yekun vurulub. Güləşçilərimiz Universiadanı 8 (4-2-2) medalla başa vurub. Bu medallardan 4-ü (2-1-1) klassiklərin, eyni sayda (2-1-1) isə sərbəst güləşçilərin aktivinə yazılıb.

Klassiklərdən Vədat Qasımov (60 kq) və Raman Kərimov (67 kq) bütün rəqiblərini məğlub edərək qızıl, Əli Quliyev (97 kq) yalnız son görüşdə uduzaraq gümüş, Cavid Məmmədov (77 kq) isə kiçik finalı udaraq bürünc medala layiq görülüb.

Sərbəst güləşçilərdən isə bütün görüşlərini qələbə ilə başa vuran Əşrəf Aşırov (86 kq) və Yusif Dursunov (125 kq) qızıl, yalnız həlledici finalda büdrəyən Musa Ağayev (65 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Ramik Heydətov (74 kq) isə bürünc medala layiq görülüb.

AGF-dən verilən məlumata görə, yunan-Roma güləşi üzrə yığma komandamız komanda hesabında  birinci, sərbəst güləş üzrə yığmamız isə ikinci olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin