Vüsal Əliyev Mərakeşdə bürünc medal qazanıb
Kasablankada (Mərakeş) çimərlik güləşi üzrə Dünya Seriyasının üçüncü mərhələsi keçirilib. Turnirdə ölkəmiz baş məşqçi Oyan Nəzərianının rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) cütlüyü ilə təmsil olunub. Cütlüyümüzdən isə yalnız Vüsal Əliyev inamla guləşərək mükafatçılar sırasında yer ala bilib. Yer aldığı B qrupunda müvafiq ardıcıllıqla Keniya, Fransa və Serbiya güləşçisini məğlub edən Vüsal yarımfinalda yunanıstanlı rəqibi ilə bacarmayıb. Nəticədə o, fransalı Hüqo Kuenon ilə bürünc medal uğrunda görüşə çıxıb. Görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb.
Digər güləşçimiz İbrahim Yusubov isə qrupda ikinci olmaqla turnirlə erkən vidalaşıb.
İNTİQAM Məmmədov


