Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Alfonso Domunqes mundialın 1/4 finalına yüksəlib

Sentyabrın 4-də İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında startı verilən və Azərbaycan yığmasının 11 (10 kişi və 1 qadın) boksçu ilə qatıldığı dünya çempionatı davam edir. Mundialın bu günə təsadüf edən beşinci günü daha iki boksçumuz rinq döyüşünə çıxıb. Günün ilk  döyüşünü yiqmamizin lideri,  Olimpiya mükafatçısı və dünya çempionu adını daşıyan Alfonso Domunqes (90 kq) keçirib. Qeyd edək ki, mübarizəyə 1/8 finaldan qatılan Dominqes Almaniya təmsilçisi Yasse Kisslə qarşılaşıb. Döyüş dünya çempionumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, sentyabrın 10-da isə 1/4 final döyüşünə çıxacaq. Həmin döyüşü də qələbə ilə bitirəcəyi təqdirdə o, ən pis halda mundialin bürünc medalını özünə təmin etmiş olacaq. 

Yeri gəlmişkən, daha 4 boksçumuz 1/8 finala yüksəlib. Onlarin arasında Səidcəmşid Cəfərov (75 kq), Nicat Hüseynov (55 kq), Murad Allahverdiyev (80 kq) və Sübhan Məmmədov (50 kq) yer alıb.

Təəssflər olsun ki, yiqmamizin 6 üzvü artıq dünya çempionatında mübarizəni dayandırıb. Bu 6-liqda Zaur Qəhrəmanov (65 kq), Məhəmmədəlı Qasımzadə (60 kq), Sürət Qarayev (85 kq), Sərxan Əliyev (75 kq), Məhəmməd Abdullayev (+90 kq) və yeganə qadın təmsilçimiz olan Aynur Mikayılova (57 kq) cəmləşib.

Çempionata sentyabrın 14-də həlledici final döyüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin