Azərbaycan millisi Ukrayna yığmasını qəbul edir
Bu gün futbol üzrə DÇ-2026-nın seçmə qrup oyunları çərçivəsində sayca ikinci turun oyunları keçiriləcək. Seçmələrin "D" qrupunda yer alan Azərbaycan millisi bu gün Ukrayna komandasını doqma divalar arasında qəbul edəcək. Görüş saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda başlanacaq. Matçın baş hakimi yunanıstanlı referi Vasilis Fotias olacaq.
Bu gün "D" qrupunda keçiriləcək digər oyunda isə Fransa millisi Parisdə doqma "Park-de-Prens" stadionunda İslandiyanı qəbul edəcək (saat 22:45). Həmin matçı portagezli hakim Antoniu Nabre idarə edəcək.
Xatırladaq ki, ilk turda Azərbaycan səfərdə İslandiya komandasına 0:5, rəqibimiz Ukrayna isə öz meydanında Fransaya 0:2 hesabla uduzub.
Hazırda "D" qrupunda vəziyyət belədir:
Komanda O Q H M T/F X
İslandiya 1 1 0 0 5:0 3
Fransa 1 1 0 0 2:0 3
Ukrayna 1 0 0 1 0:2 0
Azərbaycan 1 0 0 1 0-5 0.
Qeyd: Komandanın baş məşqçisi Fernandu Santoş istefaya göndərildiyi üçün bu gün millimizi Ukraynaya qarşı oyuna baş məşqçi əvəzi Ayxan Abbasov çıxaracaq.
İNTİQAM Məmmədov


