Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünya çempionatına gedəcək güləşçilər müəyyənləşib 

13-21 sentyabr günlərində Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə dünya çempionatı keçiriləcək. Mundialın startına sayılı günlər qaldığı bir vaxtda yarışa qatılacaq komandalarımızın heyəti açıqlanıb. 

AGF-dən verilən məlumata görə, baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçiləri Şərif Şərifov və Taymuraz Kokoyev olan sərbəst güləş üzrə yığma komandamızın heyətində aşağıdakı güləşçilər yer alıb:

İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Tutan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq). 

Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Həzrət Məmmədyarovun rəhbərliyi altında mundiala qatılacaq qadın yiqma komandanın heyətinə Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq) və Birgül Soltanova (62 kq) cəlb edilib. 

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun rəhbərliyi altında mundiala gedəcək yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyətində 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədliyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Daha bir həmyerlimiz - Sədi Quliyev (İ-S dərəcəli hakim) isə mundialda ədalət qoruyucuları arasında olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin