Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Cavanlıqda idi

Sevgilim, eşq-məhəbbət də cavanlıqda idi,

Sevgili yarə sədaqətət də cavanlıqda idi.

 

Küçələrdə dolaşıb qol-boyun olmaq nə idi?

Qız-gəlində abır-ismət də cavanlıqda idi.

 

Böyüyün də üzünə ağ ola bilməzdi uşaq,

Ədəb-ərkan ilə hörmət də cavanlıqda idi.

 

Qarışardı başımız axşamadək iş-güc ilə,

Halal təam kimi nemət də cavanlıqda idi.

 

Hamı nifrətlə baxardı harına, müftəxora,

Əyriyə, oğruya töhmət də cavanlıqda idi.

 

Bir " Sən öl!" kəlməsinə bənd idi köhnə kişilər,

Qan kəsən söz ilə söhbət də cavanlıqda idi.

 

Bir müəllim görərək tez götürərdik papağı,

Təhsilə, məktəbə qiymət də cavanlıqda idi.

 

Yol verərdik uşağa, ya özümüzdən böyüyə,

Doğmaya, yadlara rəğbət də cavanlıqda idi.

 

Qocalan vaxtı həyatın dadı qaçmış deyəsən,

Ey Məhəmməd, həyat əlbətdə cavanlıqda idi.

Məmməd Əvəzoğlu

Best coffeeshop in Berlin